Əfqanıstanda sülh olmayacaq –


Dünya 19 Yan 2019 23:08:00 320 0

Əfqanıstanda sülh olmayacaq –

Əfqanıstanın Taliban hərəkatının nümayəndələri ABŞ-la danışıqlar aparmaqdan imtina ediblər.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, taliblərin nümayəndələrinin Amerikanın elçisi, əslən əfqanıstanlı olan diplomat Zalmay Xəlilzadla görüşü gözlənilirdi. Taliban lideri verdiyi bəyanatda regional təsirə malik ölkələrin Pakistanın paytaxtı İslamabadda ABŞ nümayəndəsi ilə danışıqlara razılıq vermələrini tələb etdiyini, lakin bu görüşdən imtina etdiklərini deyib: "Regionla güclərin sülh prosesi ilə bağlı müəyyən gözləntiləri də vardı. Lakin biz onların bu istəklərini rədd etdik". "Əminliklə deyə bilərik ki, biz İslamabadda ABŞ nümayəndəsi ilə görüşü qəbul etməyəcəyik" - deyə Talibanın sözçüsü Zabillah Mücahid bildirib.