Qalxanvari vəzin hansı xəstəliklərində yod olmaz? –


Digərləri 19 Yan 2019 22:27:00 745 0

Qalxanvari vəzin hansı xəstəliklərində yod olmaz? –

Azərbaycan əhalisində, xüsusən uşaq və qadınlarda yod çatışmazlığından qaynaqlanan qalxanvari vəz xəstəlikləri çoxalıb. Əgər qalxanvari vəz ölçüdə böyüyürsə, deməli yod azdır. Bəs bu zaman nə etməli? Aptekdən yol almalı, yoxsa qidaya fikir verməli, yoxsa peşəkar endokrinoloq nəzarətində yod qəbul etməli?

İnsanlar yod çatışmazlığını aradan qaldırmaq üçün hardansa eşitdikləri metodları da tətbiq edirlər: məsələn, Amerikada ofis işçilərinə pomidorun üzərinə bir iki damcı Lyüqol məhlulu damızdırıb hər gün verirlər ki, yod tələbatı ödənilsin. Elə adamlar var, suya bir iki damcı yod damızdırıb  içir, ya boğazına yod çəkir. Bu metodların yodla təminatda effekti varmı?

Son.az medicina.az-a istinadən bildirir ki, endokrinoloq Mahmud Mahmudovun sözlərinə görə, hər zob xəstəliyi olana yod olmaz.

" Azərbaycanda yod çatışmalığı olan regionlardan biridir. Ona görə bizdə satılan duzların çoxu yodlaşdırılıb. Lüqol damızdırmaq, yodu damızdırıb içmək, boğaza yod çəkmək- bunlar 30-40 il əvvəlin metodlarıdır. O vaxt belə yaxşı yod preparatları yox idi. İndi yod preparatları o qədər mükəmməldir ki, belə şeylərə ehtiyac yoxdur. Həm də yod, lüqol su ilə mədəyə düşdükdə ayrı fəsadlar da verir. Biz xəstələrə yod preparatları veririk, yaxşı sovrulur, mədə-bağırsaqda itmir, fəsad də yaratmır.

Əvvəllər xəstələr yodu yataq otağında ağzı açıq qoyurdular ki, havaya buxarlansın, o hava ilə qəbul etsinlər. Bu da təhlükəlidir. Bu metodlarda dozanı təyin etmək olmur: az ola bilər, normanı aşa bilər. Hər deyilən resepti də qalxanvari vəzidə tətbiq etmək olmaz.