İsveçrədə 20 Yanvar faciəsinin ildönümü qeyd edilib FOTO


Dünya 19 Yan 2019 22:13:00 497 0

İsveçrədə 20 Yanvar faciəsinin ildönümü qeyd edilib  FOTO

Bern şəhərində fəaliyyət göstərən "Qarabağ" Azərbaycan məktəbində 20 Yanvar faciəsinin 29-cu ildönümü qeyd edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfirliyinin təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan məktəbində şagirdlərə Bakı şəhərində törədilmiş qanlı faciə ilə bağlı geniş məlumat verilib, bu hadisələrin xalqımızın müstəqillik uğrunda əzminin, Azərbaycanın suverenliyi naminə qəhrəmanlığının rəmzi kimi yaddaşlarda qaldığı qeyd edilib.

Əvvəlcə tarixə qısa ekskurs edilib və o zamanın qeyri-sabit dövrü barədə məlumat verilib. 20 Yanvar hadisələri zamanı sovet qoşunları tərəfindən günahsız və silahsız insanların qətlə yetirilməsinə baxmayaraq, bu hadisənin Azərbaycan xalqının mübariz ruhunu sındıra bilmədiyi vurğulanıb. Şagirdlərə 20 Yanvar faciəsi ilə bağlı məlumatları özündə əks etdirən əyani vəsaitlər təqdim edilib və məktəblilər şəhidlərə həsr olunan şeirlər söyləyiblər.


Xəbərə aid fotolar