Parisdə 12 nəfər saxlanıldı


Dünya 19 Yan 2019 22:07:00 415 0

Parisdə 12 nəfər saxlanıldı

Fransanın paytaxtı Parisdə "sarı jiletlilər"in onuncu etiraz aksiyası dalğası zamanı azı 12 nəfər saxlanılıb.

Son.az modern.az-a istinadən bildirir ki, onların saxlanılmasına səbəb üzərilərində potensial olaraq silah kimi istifadə edilə bilən qadağan olunan əşyaların aşkar edilməsidir.

Eyni zamanda, bəzi nümayişçilərin fişəng və tüstü şaşkası yandırmasına baxmayaraq, qanun keşikçiləri bildiriblər ki, budəfəki mühiti dinc kimi xarakterizə etmək olar.