Gözəllik və sağlamlıq üçün


Digərləri 19 Yan 2019 21:50:00 499 0

Gözəllik və sağlamlıq üçün

Xarici görünüşünüzü bəzi hiylələr işlədərək, çox pul xərcləmədən yaxşılaşdıra bilərsiniz.

Son.az medicina.az-a istinadən 15 ipucu təqdim edir:

1. Parlaq və gözəl saçlar

Əgər saçlarınız yağlıdırsa, o zaman şampununuzun içərisinə 2-3 x/q dəniz duzu əlavə edərək saçlarınızı onunla yumağa davam edin.  

2. Gözəl qaşlar

Əgər qaşlarınız və kirpikləriniz tökülür və gec uzanırsa, onda onlara hər axşam yatmazdan əvvəl gənəgərçək yağı, E vitamini və aloe vera gelindən hazırlanmış qarışıq çəkin.  

3. Gözaltı kölgələr

Qəhvəni dəmləyin. Dəmin dibində qalan xıltı hind qozu yağı ilə qarışdırın və gözlərinizin altına çəkərək maska edin. 15 dəqiqədən sonra yuyun.

Proseduru həftədə 4 dəfə etsəniz, göz altında olan qara kölgələrdən azad olarsınız.

4. Hamar dəri

2 x/q zəncəfil tozunu 2 x/q gil və 10 x/q isti su ilə qarışdırın. Alınan məhlulu qarın, çanaq, yanbız, qol və ayaqda olan problemli nahiyələrə çəkin. Daha sonra həmin hissələri polietilen plyonka ilə sarıyaraq 1 saat saxlayın.

Plyonkanı açdıqdan sonra duş qəbul edin.

5. Ayaqların depilyasiyası

4/1 limonun şirəsini eyni miqdarda su ilə qarışdırın və 2 stəkan şəkər tozu əlavə edin.

Qarışığı zəif odda qızılı rəng alana qədər qaynadın.

Soyuduqdan sonra tüklü nahiyələrə çəkərək tüklərin əksi istiqamətində qəfil qoparın.

6. Möhkəm və gözəl dırnaqlar

Eyni miqdarda hind qozu yağı ilə balı qarışdıraraq bir neçə damcı lavanda yağı əlavə edin.

Qarışığı boya şəklində dırnaqlarınıza çəkin.

7. Çivzələr