Hər sümüyü ağrıyan revmatizm xəstəsi deyil


Digərləri 19 Yan 2019 19:37:00 831 0

Hər sümüyü ağrıyan revmatizm xəstəsi deyil

Revmatizm ciddi iltihabi, infeksion xəstəlikdir və onu bir neçə kliniki əlamətlərlə varsa diaqnoz edirlər. Onu xəstə özü-özünə təyin edə bilməz.

Son.az medicina.az-a istinadən əhali arasında geniş yayılmış revmatizmin səbəb və həqiqi əlamətlərini təqdim edir.

İlk növbədə revmatizm streptokokk infeksiyasının keçirilməsindən sonra yarana bilir və birləşdirici toxumaların iltihabi xəstəliyidir. Birləşdirici toxuma isə bütün orqanlarda var. Ona görə revmatizmdə əlim, dizim, ayaqlarım ağrıyır düşünmək yanlışdır.

Revmatizm ilk növbədə ürək, damar, oynaqları cəlb edir.

Bu xəstəlik qəfil, gizli və zamanla başlayır, inkişaf edir, ilk başda heç bir ağrı, əlamət vermir.

Xəstəliyin səbəbkarı beta hemolitik streptokokk bakteriyalarıdır. Onlar orqanizmə daxil olub angina, tonzillit, faringit, limfadenit yaradır. Əgər insanın immun sistemində genetik olaraq defekt varsa, o zaman bu xəstəliklərdən sonra revmatizma təhlükəsi də olur. Statistikaya görə, kəskin streptokokk infeksiyası keçirən insanların 3%-də revmatizm də yaranır. Göründüyü kimi böyük rəqəm deyil. Amma yenə də anginası, tənəffüs orqanlarının iltihabi xəstəliyini uşaqlıqdan tez-tez keçirən insanlar revmatoloq müaiyinəsində olub, vaxtında revma sınaq analizləri verməlidir ki, revmatizmi ilk başda yaxalaya bilsin.

Əsas əlamətləri:

-Bədəndə ümumi halsızlıq, zəiflik