Duzlanmış, istiotlanmış limon sizi


Digərləri 19 Yan 2019 18:58:00 675 0

Duzlanmış, istiotlanmış limon sizi

İstiot, düz və limon yalnız salatlara və yeməklərə vurmaq üçün ədviyyat deyil. Bu vasitələr tibdə də bir çox xəstəliklərin müalicəsində istifadə edilir. 

Son.az Medicina.az-a istinadən istiot, duz və limonla sağalması mümkün olan xəstəlikləri təqdim edir:

1. Boğaz ağrısı

1 x/q limon şirəsi, yarım ç/q  qara istiot və 1 ç/q dəniz duzunu 1 stəkan isti suda qarışdırın. Bu qarışım ilə gün ərzində bir neçə dəfə qarqara edərək boğaz ağrısından xilas ola bilərsiniz.

2. Stomatit

Ağız boşluğunda olan yaraları sağaltmaq üçün 1 x/q Himalay duzunu 1 fincan isti suda həll edin və hər yeməkdən sonra ağzınızı bu məhlulla qarqara edin.

Bu üsul ağızda olan zərərli bakteriyaları məhv edərək yaraların sağalmasını təmin edəcək.

3. Çəki atmaq

4/1 çay qaşığı qara istiotu 2 x/q limon şirəsi ilə qarışdırıb üzərinə 1 x/q bal əlavə edin. Alınan qarışımı gündə bir dəfə yeməkdən sonra qəbul edin.