Lənkəranda 2 ədəd tank əleyhinə mina tapılıb (FOTO)


Digərləri 19 Yan 2019 18:34:52 653 0

Lənkəranda 2 ədəd tank əleyhinə mina tapılıb (FOTO)

Lənkəranda 2 ədəd tank əleyhinə mina (TM-62M) aşkar olunub.

Bakı. Lənkəranda 2 ədəd tank əleyhinə mina (TM-62M) aşkar olunub. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, gu gün saat 09:12-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsindən Agentliyə Lənkəran şəhəri, Liman qəsəbəsi ərazisində fəaliyyət göstərən Liman sahil mühafizəsi bölməsinin xidməti ərazisində 2 ədəd minanın tapılması barədə məlumat daxil olub. Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin Cənub Regional şöbəsinin Liman Sahil Nəzarət bölməsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.