“Tesla” 14 min avtomobili geri çağırdı


Digərləri 19 Yan 2019 17:29:00 671 0

“Tesla” 14 min avtomobili geri çağırdı

ABŞ-ın elektrikli mühərrik və avtomobil istehsalçısı "Tesla" şirkəti Çində 14 min avtomobili geri çağırıb.

Son.az Qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb "Takata" şirkətinin "Tesla S" modeli üçün istehsal etdiyi hava yastığında yaranmış problemdir.

Qərar 2014-2016-cı illər aralığında istehsal edilmiş avtomobillərə şamil edilib.

Məlumata görə, həmin yastıqlar qəza zamanı tərkibindəki ammonium-nitrat maddəsinə görə ani şəkildə yanır. Bu isə ölüm və ağır yaralanmalara səbəb olur.