Deputatdan parlamentə qəribə müraciət:


Digərləri 19 Yan 2019 15:14:00 657 0

Deputatdan parlamentə qəribə müraciət:

Rusiya Dövlət Dumasının RLDP-dən olan deputatı Vasili Vlasov parlamentin aşağı palatasına xahişlə müraciət edib ki, ona robot-androidi işə götürməyə icazə versin.

Son.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, deputat özünün vətəndaşların şikayətlərini qəbul edən köməkçisini robot-androidlə əvəz etmək niyyətində deyil. Sadəcə, hesab edir ki, başı, əlləri və bədəni olan maşın-adam partiyanın və Vlasovun özünün deputat kimi fəaliyyəti barədə ziyarətçilərinə məlumat verəcək, həm də pulsuz işləyəcək.

Vlasov həmçinin qeyd edib ki, artıq "Sberbank"la (Əmanət Bankı) ona bu cür robotu vermələri barədə danışıb. Çünki elə robotlar bank şöbələrində işləyirlər. Sadəcə, həmin robotu Dövlət Dumasına gətirmək üçün lazımi sənədləşməni həyata keçirmək lazımdır.