Fransada erməni mafiozlara qarşı xüsusi əməliyyat


Dünya 19 Yan 2019 14:29:00 291 0

Fransada erməni mafiozlara qarşı xüsusi əməliyyat

Fransa polisi "Avropol"un (Avropa İttifaqı Polis Xidməti) köməyi ilə Avropada iri mafiya qruplaşmasının 21 üzvünü həbs edib.

Son.az azvision.az-a istinadən xəbər verir ki, cinayətkarların ələ keçirilməsi məqsədilə Fransa ərazisində 27 evdə xüsusi axtarış-yoxlama əməliyyatları aparılıb və qruplaşmanın yüksək rütbəli üzvlərinin də olduğu və əsasən, ermənilərdən ibarət 21 üzvü həbs olunub. 

Əməliyyat zamanı 23 min avro, iki min qutu siqaret, 23 kiloqram tütün və müxtəlif növ 6 ədəd odlu silah müsadirə olunub.