Sabah bəzi avtobusların hərəkət trayektoriyası dəyişdiriləcək


Digərləri 19 Yan 2019 14:07:00 625 0

Sabah bəzi avtobusların hərəkət trayektoriyası dəyişdiriləcək

Bir sıra küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Bakı. Samir Əli - 20 yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı keçiriləcək anım tədbiri ilə əlaqədar Parlament prospekti Şəhidlər Xiyabanı istiqamətində, eləcə də digər ətraf küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, qeyd edilən küçə və prospektlərdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyası da səhər saatlarından tədbir tam başa çatana qədər dəyişdiriləcək.