Regionlarda KOB dostları ilə sahibkarlar arasında görüşlər keçirilir


Digərləri 19 Yan 2019 12:40:00 566 0

Regionlarda KOB dostları ilə sahibkarlar arasında görüşlər keçirilir

Hazırda Masallı, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Gəncə və Yevlaxda “KOB Dostu” fəaliyyət göstərir.

Bakı. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin KOB dostları yeni kiçik və orta biznes subyektlərinin (KOB) yaradılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, eləcə də sahibkarları maraqlandıran digər məsələlərlə bağlı kiçik və orta biznes təmsilçiləri ilə görüşlər keçirir. Agentlikdən Trend-ə verilən məlumata görə, KOB dostlarının Quba və Xaçmazda bağçılıq, Siyəzən və Şabranda heyvandarlıq, Masallı və Qusarda mebel istehsalı sahələrində fəaliyyət göstərən kiçik və orta biznes nümayəndələri ilə keçirilmiş görüşlərində sahibkarları maraqlandıran məsələlərə dair ətraflı müzakirələr aparılıb, müvafiq sahələrdə həyata keçirilən dövlət dəstəyi tədbirləri, onlardan yararlanmaq imkanları barədə məlumat verilib, KOB-ları maraqlandıran suallar cavablandırılıb.