Ürəyi parçalanan ata qızına görə yalvarır


Digərləri 19 Yan 2019 11:24:00 569 0

Ürəyi parçalanan ata qızına görə yalvarır

Muxtarova Leyla Rəhman qızı 23 iyul 2017-cı ildə doğulub. Doğulandan bir müddət sonra onun hər iki gözlərinin xərçəng xəstəliyinə tutulduğu müəyyən olunub.

Azərbaycanda və Rusiyada bir sıra tibb müəssisələrində olduqdan sonra qızının dərdinə çarə tapa bilməyən Muxtarovlar ailəsi balaca Leylanı kor qalmamaq və həyatda saxlamaq üçün İsrailin Hadassa Dövlət Universitetinin Hospitalına üz tutub. Həkimlərin gözünü çıxarmaq istədikləri körpə Leyla dünya işığını görə biləcəkmi? - Ailə yardım istəyir - VİDEO - FOTO   Məlum olub ki, Leylanın bir gözü tamam kor olub, digərini isə xilas etmək mümkündür. İlkin mərhələdə Leylanın dünyaya işıq ümidi olan sol gözü xərçəngdən xilas edilib. Lakin təhlükə hələ də sovuşmayıb. Yaş yarımlıq Leylanın müalicəsinin davam etdirilməsi mütləqdir. Çünki körpənin sağ gözü metastaz verə və nəinki o biri gözünü də kor edə, hətta həyatına son qoya bilər.

Lakin muxtarovlar ailəsinin artıq heç bir maddi imkanı qalmayıb. Ona görə də ailə övladının kor olmaması və həyatda qalması üçün ilk növbədə Allahın şəfqətinə, daha sonra xeyirxah insanların, imkanlı şəxslərin və təşkilatların yardımına ümid edir.

Maddi imkanı olmadığına görə, ürəyi parçalana-parçalana çarəsiz qalan atası Rəhman yalvararaq insanlardan kömək diləyir: "Leyla göz xərçəngindən əziyyət çəkir. Biz İsraildə Hadassada Leylanı müalicə etdiririk. Onun bir gözü görmə qabiliyyətini itirib. İstəyirik ki, heç olmasa sol gözünü xilas edək. Leyla bir neçə kimya terapiyası mərhələsindən keçməlidir. Təkcə birinci mərhələ üçün 26 min dollar vəsait lazımdır. Mən çox xahiş edirəm, kimin nəyə imkanı çatırsa, bizim Leyla balamıza kömək eləsin".

Videonu izləmək üçün şəklə klikləyin:  


Xəbərə aid fotolar