Balakəndə 4 otaqlı evin 3 otağı kül oldu


Digərləri 19 Yan 2019 09:29:00 501 0

Balakəndə 4 otaqlı evin 3 otağı kül oldu

Balakəndə yanğın faktı qeydə alınıb.

Son.az-a FHN-dən verilən məlumata görə, rayonun İtitala kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli taxta konstruksiyalardan ibarət 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 110 m² sahədə yanıb.

Məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​