Ağ Ev Tramp və KXDR emissarının görüşünü məhsuldar adlandırıb


Dünya 19 Yan 2019 08:50:00 436 0

Ağ Ev Tramp və KXDR emissarının görüşünü məhsuldar adlandırıb

ABŞ prezidenti Donald Trampın KXDR-nın Əmək partiyasının vahid cəbhə şöbəsinin müdiri Kim Yon Çxolla görüşü məhsuldar keçib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ prezidentinin Kim Yon Çxolla görüşünün yekunları üzrə Ağ Evin mətbuat katibi Sara Sanders bildirib.

S.Sanders görüşün məhsuldar olduğunu bildirsədə, təfərrüatlar barədə məlumat verməyib. O, vurğulayıb ki, görüşdə ABŞ dövlət katibi Mayk Pompeo və "prezidentin komandasının bir neçə digər üzvü" də iştirak ediblər: "Biz irəliləyişə nail olmaq üçün davam edirik. Biz danışıqları davam etdiririk. ABŞ Şimali Koreyaya qarşı təzyiqi davam etdirməyə və sanksiyaları saxlamaq niyyətindədir".