20 Yanvar faciəsinin ildönümü ilə bağlı Nizami Kino Mərkəzinin repertuarında dəyişikliklər olacaq


Digərləri 19 Yan 2019 01:44:00 681 0

20 Yanvar faciəsinin ildönümü ilə bağlı Nizami Kino Mərkəzinin repertuarında dəyişikliklər olacaq

Komediya janrında filmlərin nümayişi dayandırılacaq.

Bakı. Nizami Kino Mərkəzi 20 Yanvar faciəsi ilə əlaqədar repertuarda bəzi dəyişikliklər edib. Mərkəzdən Trend-ə verilən məlumata görə, yanvarın 20-də kinomərkəzin repertuarında olan komediya janrında filmlərin nümayişi dayandırılacaq. Repertuara "Salnamə" sənədli filmlər studiyasında, rejissor Xamiz Muradovun çəkdiyi, 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş xalq faciəsi və bundan sonrakı hadisələri əks etdirən “Azadlığa gedən yollar ” filmi daxil ediləcək.