Günün qoroskopu: Etiraflara və vədlərə inanmayın


Digərləri 19 Yan 2019 00:01:00 596 0

Günün qoroskopu: Etiraflara və vədlərə inanmayın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - rahat, əlverişli, münasib gündür. Harasa tələsməyin, səbrli olun, təmkinli davranın. Genişmiqyaslı layihənin vaxtı hələ çatmayıb. Rutin fəaliyyətlə məşğul olun.

Günün olaylarında təbəddülat və qarışıqlıqlar var. Hadisələrin axarına kəskin müdaxilələr etməsəniz, maraqlı sürprizlə qarşılaşacaqsınız. Çoxdan tanıdığınız insanlardan birinin bələd olmadığınız məziyyətini görəcəksiniz.

Hansısa mövzunun diqqətinizi bütünlüklə zəbt etməsinə imkan verməyin.

Günün ikinci yarısında ehtiyatlı olun.

Buğa - planlarınızda dəyişikliklər olacaq. Ailə üzvlərinizdən birinin və ya çətinliyə düşmüş yaxın insanın yardıma ehtiyacı var. Rahat istirahət və əyləncə arzularınızı unudun.

Aktiv olun, işlərdə süstlük etməyin. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün fəal olun.

Şəxsi münasibətlərdə emosiyalarınıza hakim olun. Amma inadkarlığınız və qətiyyətiniz ifrata varmasın. Məşğul olduğunuz işin effektivliyini düşünün.

İdeyalarınızı reallaşdırarkən yaşam və fəaliyyət arealını qaydaya salın.

Axşam saatlarında normal istirahət edin.

Əkizlər - hadisələrin məcrasında ləngimə hiss olunur. Yeni layihə və ya iş danışıqlar mərhələsində qala bilər. Kimisə nəyəsə inandırmaq və ya həqiqətə nail olmağa çalışırsınızsa, vaxtınızı boşuna sərf etməyin.

Gedişat sizdən, fəaliyyətinizi təşkil etmək bacarığınızdan asılıdır.

Anlaşma və sövdələşmələr, sərmayə yatırmaq üçün yaxşı gün deyil.

Başladığınız işləri davam etdirin. Şəxsi münasibətlərdə problemlər yarana bilər. Tərəfdaşla ümumi marağınızı həyata keçirməyə tələsin.

Alış-verişdə diqqətli olun, bədxərclik etməyin. Sizi aldatmağa çalışacaqlar.

Xərçəng - kollektiv fəaliyyətdə fayda var. Fəaliyyətin dəqiq razılaşdırılması, görüləsi işlərin paylaşdırılmasına ehtiyac duyulur.

Hadisələrin axarı zəifləyir. İşlərdə ləngimə və təxirəsalmalar ola bilər. İnformasiya və ya mühüm xəbərlərin gözləntisi uzana bilər.

Daxili harmoniya hissi sizə işləri yenidən planlaşdırmağa imkan verəcək.

İndi yox, perspektivdə fayda vəd edən işə başlayın.

Alış-veriş üçün yaxşı gündür. Niyyətlərinizi reallaşdırın. Düşünülmüş addımlar atın. Səy sərf etmədən heç nə əldə olunmur.

Şir - gün çoxsaylı işlər vəd edir. Nə iləsə vidalaşmaq məcburiyyəti ilə qarşılaşacaqsınız. Təmir, yerdəyişmə, yeniliklər, ərazinin təmizlənməsi üçün əlverişli gündür. Səylərinizi yönəldəcəyiniz istiqaməti dəqiqləşdirin. Yeni planın gələcəkdə maksimal effekt verməsinə can atın.

Yaxın ətrafınızdakı insanlardan biri təkidlə davranarsa, "yox" deməyi bacarın.

Planlarınızda olmaya, amma vaxt, qüvvə və səy tələb edən işə başlamayın.

Gərəksiz danışıqlara qatılmayın. Münaqişəli situasiyalarda diqqətli davranın. Karyeranızda yeni perspektivlər formalaşa bilər. Problemlərin həlli müzakirələr və danışıqlar səviyyəsində qalacaq.

Qız - ötənlərdə baş vermiş hadisələrdən birinin əks-sədası indi yaşanır. Harmonik və sakit gün olsa da, gözə görünməyən nüanslar var.

Etibarlı tərəfdaşla çalışmağa can atın. Yenilik və ya ciddi maliyyə xərcləri tələb edən işlə məşğul olun. Problemləri süni təkan və ya təkid olmadan həll edin.