Qızdırma zamanı edilən səhvlər Uşaqlara dərman verməyin, spirtlə, sirkəylə masaj qəti olmaz!


Digərləri 18 Yan 2019 23:45:00 561 0

Qızdırma zamanı edilən səhvlər  Uşaqlara dərman verməyin, spirtlə, sirkəylə masaj qəti olmaz!

Uşağın xəstələnəcəyini əvvəlcədən bilmək mümkün deyil. Tamamilə sağlam uşaq 2 dəqiqə sonra qızdırmadan od tutub yana bilər. Belə olduqda necə davranmaq lazımdır? Uşağın qızdırmasını endirmək lazımdır, yaxsa gözləmək? 

Son.az medicina.az-a istinadən bildirir ki, qızdırma infeksion xəstəliyin qarşısını almaq məqsədilə lazım olan maddələrin sintezinin artırmaq üçün beyində yaranan siqnaldır. Virusların ən başlıca düşməni olan interferon zülalının səviyyəsi birbaşa olaraq bədənin temperaturundan asılıdır. Başqa sözlə, orqanizmin temperaturu nə qədər yüksək olarsa, sözügedən təbii dərman maddəsi daha çox sintez olunur. 

Temperaturu necə aşağı salmaq olar? 

Biz uşağın temperaturu artan kimi onu dərhal aşağı salmağa çalışırıq. Amma bu, düzgün deyil. Belə olduqda orqanizm özü xəstəliyə qalıb gələ bilmir.  Bilmək vacibdir: qızdırma salan dərmanlar uşağın temperaturu olanda yox, onun ümumi vəziyyəti pis olduqda verilməlidir! 

Qızdırmanı nə vaxt salmaq lazımdır?