Uşaqları viruslardan necə qorumalı? Araşdırma


Digərləri 18 Yan 2019 23:49:00 762 0

Uşaqları viruslardan necə qorumalı?  Araşdırma

Həkimlər deyir ki, son vaxtlar uşaqlar arasında yayılan xəstəlik qrip deyil. 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Son günlər uşaqlar arasında yayılan xəstəlik gənc anaları təşvişə salır. 38-39 dərəcə qızdırma, baş ağrısı, boğaz ağrısı, iştahasızlıq balacaları incitməklə yanaşı, valideynlərin də ciddi narahatlığına səbəb olur.

Bəs yayılan infeksiyalardan uşaqları necə qorumalıyıq? Bu xəstəliyin müalicəsində nələrə diqqət yetirilməlidir?   "Qrip ağır xəstəlikdir"   Pediatr Vaqif Qarayev deyir ki, yayılan xəstəliyi qrip adlandırmaq düzgün deyil. Qrip təhlükəli və ölümcül ağırlaşmaları olan xəstəlikdir: "Bəzən biz boğaz ağrısı, öskürək və burun axması ilə müşahidə edilən narahatlıqları ümumi olaraq qrip adlandırırıq. Əslində, qrip virusu ağır epidemiya yarada biləcək qədər ciddi, kütləvi şəkildə ölümlərə səbəb ola biləcək qədər ağır bir xəstəlikdir. Adi zökəmi, boğaz ağrısını qrip adlandırmaq düzgün deyil. Mövsümlə bağlı olan və insanlarda yuxarı tənəffüs yollarını zədələyən viruslar var. Bu xəstəliklərin özü, eləcə də, gedişatı qrip viruslarından fərqlidir. Xüsusən azyaşlı uşaqların orqanizmi, immuniteti zəif olduğundan tez-tez xəstələnirlər. Valideynlər uşaqlarını mövsümi viruslardan qorumaq üçün onları insanların sıx toplaşdığı məkanlara aparmamalıdırlar. Amma bizdə burnu tutulan da, boğazı ağrıyan da, öskürən də qripəm deyir. Bu, adi soyuqdəymədir, qrip deyil. Hər bir ölkədə mövsümlə bağlı yuxarı tənəffüs yollarını zədələyən virusların aktivliyi artır. Ona qrip demək olmaz. Qrip vaxtilə 100 milyon insanın həyatın son qoyub. Rəsmi olaraq bizdə qrip yoxdur. Sadəcə, soyuqdəymədir. Əhali xofa düşməsin".

"Antibiotikdən hər vaxt istifadə etmək olmaz"   Gənc analara məsləhət verən həkim uşaqları virusdan qoruma yollarından da danışdı: "Bu virusun ümumi əlamətləri 39 dərəcə hərarət, öskürək, boğaz ağrısı, yuxunun qaçması, iştahasızlıqla müşahidə olunur. Məktəb yaşlı uşaqlarda əzələ, oynaq ağrıları, baş ağrıları daha çox olur. Bu əlamətlərdə valideynləri daha çox yüksək hərarət narahat edir. Bəzi uşaqlarda qusma, qarın işləməsi, daha çox öskürək kimi hallar da olur. 1 yaşına qədər südəmər uşaqlara təcili yardım mətbəxindən ancaq qızdırmasalıcı dərman verilə bilər. Ya paraçitramol, ya nurofen yaşına uyğun dozada birdəfəlik verə bilər".