Van Qoqun indiyədək məlum olmayan əsəri onun evmuzeyinə verilib


Digərləri 18 Yan 2019 23:38:00 731 0

Van Qoqun indiyədək məlum olmayan əsəri onun evmuzeyinə verilib

Hollandiyanın postimpressionist rəssamı Vinsent Van Qoqun indiyədək geniş ictimaiyyətə məlum olmayan tablosu Niderlandda aşkar edilib. Son.az AZƏRTAC-a istinadən bildirir ki, Van Qoqun Drente şəhərindəki ev-muzeyi tablonun yeni sahibi olub.

Yerli "RTV Drente" telekanalının yaydığı məlumata görə, əsəri muzeyə 92 yaşlı haaqalı xanım verib. Tabloda bar təsvir olunub. Mütəxəssislərin fikrincə, bu əsər hollandiyalı rəssamın fırçasının məhsuluna çox bənzəyir. Tablonun küncündəki "Vinsent" imzası Van Qoqun müəllifliyinin başqa bir sübutudur.