Bədənimizdə yaşayan 100 ədəd təhlükə! Onlar hansı halda xəstəliyə çevrilir?


Digərləri 18 Yan 2019 23:21:00 719 0

Bədənimizdə yaşayan 100 ədəd təhlükə!  Onlar hansı halda xəstəliyə çevrilir?

Üzdə və bədəndə olan xallar əvvəllər gözəllik rəmzi hesab olunurdusa, indi insanlar ondan qurtulmaq üçün müxtəlif üsullara əl atırlar. Estetik görüntüsü mənfi təsir bağışladığı kimi, bu xallar sağlamlıq üçün də ciddi təhlükə hesab oluna bilər.

Bəs xallar nədən yaranır və nə dərəcədə təhlükəlidir?

Son.az medicina.az-a istinadən bildirir ki, bu ləkələr anadangəlmə olmaqla yanaşı, sonradan da meydana çıxa bilər. Belə hesab olunur ki, normal halda insanın bədənində 100-dən çox xal olmamalıdır. 

Tibbi nöqteyi nəzərdən xalların sayı insana irsən ötürülür. Bir çoxları bədənində olan xallara əhəmiyyət vermirlər. Amma həkimlər bəzi xalları onkoloji xəstəliklərin başlanğıcı kimi qiymətləndirirlər. Statistikaya görə, bütün şiş növləri içərisində ən aqressivi hesab edilən melanoma, yəni dəri xərçəngi 70% hallarda xallardan inkişaf edir.    Hansı xallar təhlükəlidir? 

Bəzən elə olur ki, bədəndə olan xallar üz qırxanda, saçları darayanda, paltar geyinəndə və s. hallarda insana mane olur. Bu səbəbdən də həmin xallar tez-tez mexaniki təsirə məruz qalaraq  zədələnirlər. Əgər xallar ağrıyarsa, qaşınarsa, iltihablaşarsa, qanayarsa və böyüyərsə o zaman onların cərrahi əməliyyatla kənarlaşdırılması vacibdir. Məhz bu cür xallar da melanomaya çevrilir.