Milyonlarla insanın erkən ölümünün qarşısını almağın yolu tapıldı


Digərləri 18 Yan 2019 23:05:00 702 0

Milyonlarla insanın erkən ölümünün qarşısını almağın yolu tapıldı

Bəşəriyyəti böyük fəlakətdən qurtarmaq və milyonlarla insanın erkən ölümünün qarşısını almaq üçün dünya əhalisi qida istehsalı metodlarını və qida rasionlarını mütləq dəyişməlidir.

Son.az oxu.az-a istinadən bildirir ki, Britaniyanın London Universitetinin alimləri belə bir qənaətə gəliblər.

Elmi araşdırma haqqında press-reliz "Phys.org" saytında dərc olunub.

Tədqiqatçıların fikrincə, dünya əhalisi iki dəfə daha az qırmızı ət və şəkər qəbul etməli, meyvə-tərəvəz və çərəzlərdən istifadəni isə iki dəfə artırmalıdır.