Əvvəl kamera qoydular, çarə tapılmayınca bu yola əl atdılar Tualetlərlə bağlı AĞLAGƏLMƏZ YENİLİK FOTO


Digərləri 18 Yan 2019 22:32:00 685 0

Əvvəl kamera qoydular, çarə tapılmayınca bu yola əl atdılar  Tualetlərlə bağlı AĞLAGƏLMƏZ YENİLİK  FOTO

Çinin paytaxtı Pekinin mərkəzində yerləşən dini abidələr kompleksi olan "Cənnət Məbədi"ndə hər kəsi təəccüb içində qoyan yeniliklər tətbiq edilməyə başlanıb.

Son.az xəbər verir ki, kompleksin ictimai sanitar qovşağından istifadə edənlərin təmizlik vasitələrini israf etməsi bələdiyyəni hərəkətə keçirib.

Yerli xalqın və turistlərin ildə 10 min paketdən çox tualet kağızı istifadə etdiyini, qalanlarını isə evlərinə apardığını görən bələdiyyə bu israfın qarşısını almaq üçün texnologiyaya müraciət edib. Bundan sonra Cənnət Məbədində olan sanitar qovşaqlarına üztanıma sistemi ilə işləyən avtomat cihazlar qoyulub. Cihaz bir dəfə üçün 60 sm uzunluğunda kağız çıxarır. Bu cihazdan ikinci dəfə kağız ala bilmək üçün 9 dəqiqə gözləmək lazımdır. Lakin bu da səlahiyyətli şəxsləri qane etməyib. Onlar hər tərəfə nəzarətçi qoyub.

Məhz bu tədbirlərdən sonra edilən qənaətin bəhrəsini görüblər. Əgər bu qənaət onları qane etsə, texnologiya bütün ölkədə tətbiq ediləcək. Cihazların qiyməti 870 dollardır.


Xəbərə aid fotolar