Beynəlxalq Muğam Mərkəzində tanınmış bəstəkarın yaradıcılığına həsr olunmuş konsert keçirilib


Digərləri 18 Yan 2019 22:16:21 615 0

Beynəlxalq Muğam Mərkəzində tanınmış bəstəkarın yaradıcılığına həsr olunmuş konsert keçirilib

Beynəlxalq Muğam Mərkəzində tanınmış bəstəkar Telman Hacıyevin yaradıcılığına həsr olunmuş konsert keçirilib.

Bakı. Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində keçirilən konsert tanınmış bəstəkar Telman Hacıyevin yaradıcılığına həsr olunmuşdu. Beynəlxalq Muğam Mərkəzindən Trend-ə verilən məlumata görə, tədbir Azərbaycan Televiziyası və Radiosu “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilib. Konsertdə bəstəkarın mahnılarını xalq artistləri - Teyyub Aslanov - “Abşeron”, Gülyanaq Məmmədova - “Mənim arzularım”, Gülyaz Məmmədova - “Dağlar qızı”, Əməkdar artistlər – Rəşad İlyasov - “Xalidə”, Gülüstan Əliyeva - “Küsmüşəm”, Bəyimxanım Vəliyeva -“Könlümün yadigarı”, Zakir Əliyev - “Məzəli mahnı”, Azərbaycan Televiziyası və Radiosunun solistləri – Sərxan Bünyadzadə -“Gözləyən var məni”, Sədəf Budaqova - “Nəyi gözləyirsən” ifa ediblər.