BMT 2019cu illə bağlı qərar qəbul etdi Təhlükə doğuran risklər...


Digərləri 18 Yan 2019 21:04:00 570 0

BMT 2019cu illə bağlı qərar qəbul etdi  Təhlükə doğuran risklər...

2019 Beynəlxalq Yerli Xalqların Dilləri İli elan olunub.

Son.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası bu qərarı qlobal diqqəti yerli dillər üçün təhlükə doğuran risklərə yönəltmək məqsədi ilə qəbul edib.

UNESCO-nun saytında verilən xəbərə görə, BMT-nin Baş Assambleyası dayanıqlı inkişaf, sülh quruculuğu və barışığı təmin etmək üçün yerli dillərin əhəmiyyətini vurğulayıb. Buna görə 2019-cu ilin Beynəlxalq Yerli Xalqların Dilləri İli kimi elan olunması həmin dillərin inkişafı ilə yanaşı yerli əhalinin məişət səviyyəsinin yüksəlməsinə hesablanıb.