ABŞRusiya münasibəti gərginləşəcək,


Dünya 18 Yan 2019 20:59:00 437 0

ABŞRusiya münasibəti gərginləşəcək,

2019-cu ildə ABŞ və Çin arasında gərginlik arta bilər. Bundan başqa ABŞ-Rusiya, Avropa-Rusiya arasında münasibətlərin gərginləşməsi də müşahidə ediləcək. Ukrayna isə potensial qaynar nöqtə olmağa davam edəcək.

Son.az axar.az-a istinadən xəbər verir ki, bunu "Apostrof" saytına açıqlamasında NATO baş katibinin eks-müavini, ABŞ-ın Rusiya və Cənubi Koreyadakı eks-səfiri Aleksandr Verşbou deyib.

"Beynəlxalq münasibətlərdə risklər çoxdur. ABŞ və Çin arasında bundan sonrakı gərginlik geosiyasi əhəmiyyətinə görə daha narahatvericidir. Tərəflər arasında ticarət mübahisələrinin həll ediləcəyi ilə bağlı optimizm yoxdur. Bu il danışıqlar yox ola və növbəti sanksiyalar mübadiləsi, qarşılıqlı təzyiqlərə səbəb ola bilər. Vacib olan odur ki, Çin ekspansionizmi maneəsiz olacaq. Biz bütün dünya üçün destabilizasiyaya şərait yaradacaq ABŞ və Çin arasındakı uzunmüddətli qarşıdurmanın başladığını görəcəyik.

İkinci risk ABŞ-Rusiya, Avropa-Rusiya gərginliyi olacaq. Ukrayna yenə də mərkəzi məsələ olaraq qalacaq, amma situasiya gələcəkdə xüsusi prokuror Müllerin araşdırması ucbatından çətinləşəcək" - deyə o bildirib.