İlahiyyat İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş konfrans keçirilib


Digərləri 18 Yan 2019 19:25:29 553 0

İlahiyyat İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş konfrans keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda “20 Yanvar” şəhidlərinin xatirəsinə həsr olunmuş “Tariximiz - milli dəyərimizdir” mövzusunda konfrans keçirilib.

Bakı. Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Milli-Mənəvi Dəyərlərimizə Dəstək İctimai Birliyinin (MMDD) birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Tariximiz - milli dəyərimizdir” mövzusunda konfrans keçirilib. İnstitutdan Trend-ə verilən məlumata görə, konfransda MMDD İctimai Birliyinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinski, Birliyin sədr müavinləri Qorxmaz Paşayev, Nərminə Quliyeva, “Səs” qəzetinin Baş redaktoru Bəhruz Quliyev, Aİİ rəhbərliyi, İnstitutun müəllim və tələbə heyəti iştirak edib. “20 Yanvar” şəhidlərinin əziz xatirəsi birdəqiqəlik ehtiram sükutu ilə anılıb. Aİİ rəhbəri C.Məmmədov mərasim iştirakçılarını salamlayaraq, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin inkişaf etdirilməsi istiqamətində görülən işlər, ölkəmizin inkişafında və milli-mənəvi təkamülündə həyata keçirlən hər bir tədbirin böyük hadisə olduğunu qeyd edib. O bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasəti bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Aİİ rektoru ali tədris müəssisəsinin gənclərdə vətənpərvərlik ruhunun aşılanması istiqamətində müxtəlif tədbirlər həyata keçirdiyini diqqətə çatdırıb. İnstitut rəhbəri “20 Yanvar” hadisələrinin gənclərin milli ruhda tərbiyəsində və müstəqil dövlətçilik ənənələrinin inkişafındakı rolundan bəhs edib. Tariximizin öyrənilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin fəallığının daha da artırılması, onların müasir informasiya-kommunikasiya texnologiyalarından, sosial şəbəkələrdən səmərəli istifadəyə təşviq edilməsinin zəruriliyi qeyd olunub.