Bu qərar mədəniyyətimizə, mənəvi dəyərlərimizə, ədəbi keçmişimizə diqqətin nümunəsidir


Digərləri 18 Yan 2019 18:14:00 571 0

Bu qərar mədəniyyətimizə, mənəvi dəyərlərimizə, ədəbi keçmişimizə diqqətin nümunəsidir

"Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin "Nəsimi ili" elan olunması mədəniyyətimizə, mənəvi dəyərlərimizə növbəti diqqət və qayğının təcəssümüdür".

Bunu Son.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü Anar Məcidzadə bildirib.

Şairin sözlərinə görə, Azərbaycanda mədəniyyət və ədəbiyyat xadimləri hər zaman dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub: "Əlbəttə, bu diqqət və qayğı ilk növbədə Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Fəxarət hissi ilə qeyd etməliyik ki, Ümummilli liderimiz hər zaman mədəniyyətə, incəsənətə və ədəbiyyata, eləcə də bu sahənin insanlarına hamilik edib. Ulu öndər hələ sovet hakimiyyəti dövründə - ölkəmizə rəhbərlik etdiyi zaman şair və yazıçılarımızın fəxri adlar, dövlət mükafatları ilə təltif edilmələri, xalqımızın mənəvi dəyərlərinin zənginləşməsində müstəsna xidmətləri olan ədiblərimizin yubileylərinin keçirilməsi bu diqqət və qayğının bariz nümunəsidir. Təbii ki, Heydər Əliyevin müdrik siyasəti müstəqilliyimizin bərpasından sonra da davam etdi.

Böyük şəxsiyyət Heydər Əliyevin 1993-2003-cü illərdə müstəqil respublikamıza rəhbərlik etdiyi dönəmdə mədəniyyət xadimlərinə fəxri adların verilməsi davam etdirildi, incəsənətimizi, ədəbiyyatımızı öz yaradıcıqları ilə inkişaf etdirən şəxslərin sosial vəziyyətinin yaradılması istiqamətində ardıcıl adıımlar atıldı, dövlət başçısı mədəniyyət xadimlərinin - şairlərin, yazıçıların, bəstəkarların, kino və teatr korifeylərinin yubileylərində, yaradıcılıq gecələrinə iştirak etdi.