Standard & Poor’s PAŞA Bankın yüksək reytinqini növbəti dəfə təsdiq edib


Digərləri 18 Yan 2019 17:48:09 689 0

Standard & Poor’s PAŞA Bankın yüksək reytinqini növbəti dəfə təsdiq edib

Standard & Poor's beynəlxalq reytinq agentliyi Azərbaycanın aparıcı korporativ bankı olan PAŞA Bankın yüksək reytinqini növbəti dəfə təsdiq edib.

Bakı. Standard & Poor's beynəlxalq reytinq agentliyi Azərbaycanın aparıcı korporativ bankı olan PAŞA Bankın yüksək reytinqini növbəti dəfə təsdiq edib. Bankdan Trend-ə verilən məlumata görə, emitentin defoltunun uzunmüddətli reytinqi ("EDR") «ВВ-» səviyyəsində, qısamüddətli EDR - "B" səviyyəsində təsdiq olunub. Reytinqin təsdiqi, korporativ kreditləşmə seqmentində PAŞA Bankın bazar payının, oxşar maliyyə institutları ilə müqayisədə coğrafi diversifikasiya göstəricilərinin, bank aktivlərinin keyfiyyətinin və digər əsas göstəricilərin qiymətləndirilməsinə əsaslanır.