Murad tutuquşuna görə cəza aldı,


Şou-biznes 18 Yan 2019 17:24:00 614 0

Murad tutuquşuna görə cəza aldı,

Türkiyədə "MasterChef" proqramı ilə məşhurlaşan və daha sonra hərəkətlərinə görə efirdən uzaqlaşdırılan Murad Özdemir adlı şəxs hirsini tutuquşudan çıxmağa çalışıb. Belə ki, o, tutuquşuna əziyyət verdiyi an lentə alınan videonu sosial şəbəkədə yayıb. Onun bu addımı başına bəla olub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, Muradın əlindən alınaraq, müalicəyə aparılan tutuquşunun öldüyü bildirilib. Daha sonra isə Murad polis tərəfindən saxlanılıb. Onun bu addımı təkcə tənqidlə bitməyib, iştirakçının pul cəzası almasına qədər gedib çıxıb. İnsanlar isə buna görə Muradın həbs olunmasını tələb edirdi. 

Bizdə isə müğənni Əli Mirəliyev ötən gün "Səhər-səhər" verilişində pişiyə verdiyi işgəncəni rahat efirdə milyonlarca tamaşaçı qarşısında danışıb. O, doqquzuncu mərtəbəyə çıxaraq, pişiyi oradan yerə tulladığını gülə-gülə söyləyib. Verilişin aparıcısı Elgiz Əkbər, qonağı Nahidə Orucova isə onu təəccüblə dinləyib "Bu adam manyakdır, cinayətkardır" deyir. Mirəliyev isə yenə də gülməyə davam edib. 

Əli Mirəliyevin bu açıqlaması qısa vaxtda sosial şəbəkədə yayılıb. Səs-küyə səbəb olan açıqlamada heyvanlara işgəncə verən ifaçını biabır ediblər.