Deputat: Avropa Parlamentində Mehman Hüseynovla bağlı qətnamənin qəbulu onu göstərir ki, elə əvvəldən bu məsələ Azərbaycana qarşı bir oyun idi


Digərləri 18 Yan 2019 16:57:52 566 0

Deputat: Avropa Parlamentində Mehman Hüseynovla bağlı qətnamənin qəbulu onu göstərir ki, elə əvvəldən bu məsələ Azərbaycana qarşı bir oyun idi

Avropa Parlamentində Mehman Hüseynovla bağlı qətnamənin qəbulu onu göstərir ki, elə əvvəldən bu məsələ Azərbaycana qarşı bir oyun idi.

Bakı. Elçin Mehdiyev - Avropa Parlamentində Mehman Hüseynovla bağlı qətnamənin qəbul olunması ilk növbədə onu göstərir ki, elə əvvəldən bu məsələ ölkəmizə qarşı anti-Azərbaycan mərkəzlər tərəfindən qurulmuş bir oyun, yazılmış bir siyasi ssenari idi. Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu Avropa Parlamentində M.Hüseynovla bağlı qətnamənin qəbuluna münasibət bildirərkən deyib. Deputat qeyd edib ki, M.Hüseynov özü vəziyyətinin yaxşı olduğunu, aclıq aksiyasını dayandırdığını, hüquqlarının qorunduğunu, ona qarşı heç bir təzyiqin olmadığını bildirsə də, üstəlik, Azərbaycanda olan Avropa İttifaqına üzv ölkələrin diplomatik korpusların nümayəndəlikləri də onunla görüşdə iştirak edərək bu deyilənləri təsdiq etsələr də, beynəlxalq Soros şəbəkəsi bu mövzudan əl çəkmək istəmir: "Bunu Azərbaycana qarşı siyasi şantaj vasitəsinə çevirməyə davam edirlər. Necə deyərlər, "Papadan artıq katolik olmağa çalışır". Ancaq həqiqət isə bundan ibarətdir ki, Azərbaycan dövləti üçün onun hər bir vətəndaşı qiymətlidir və kiməsə qarşı humanist davranmaq lazımdırsa, bunu artıqlaması ilə edir. Yetər ki, heç kəs azadlıq və hüquq məsələsini siyasi alver predmetinə çevirməsin”.