Antibiotiklərdən istifadə ilə bağlı ciddi nəzarət mexanizminin olması təklif edilir


Digərləri 18 Yan 2019 16:24:00 403 0

Antibiotiklərdən istifadə ilə bağlı ciddi nəzarət mexanizminin olması təklif edilir

"Antibiotiklərdən istifadə ilə bağlı ciddi nəzarət mexanizmlərinin olmasına ehtiyac var".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü Qənirə Paşayeva komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

Onun sözlərinə görə, Avropada və digər inkişaf etmiş ölkələrdə antibiotiklər sərbəst şəkildə satılmır: "Bəzən apteklərdə işləyən şəxslərin özləri də antibiotiklər barədə məlumata malik olmurlar, insanlara onlara məsləhət görürlər. Azərbaycanda antibiotiklərin həkim təyinatı olmadan istifadəsi məsələsi bizi narahat edir. Bu dərmanlar sonradan eşitmə və digər ciddi problemlər yaradır. Bu sahədə nəzarət mexanizmlərinin artırılmasına ehtiyac var".

Deputat əlavə edib ki, autizmli xəstəsi olan ailələr dövlətin dəstəyini istəyirlər.