Penitensiar Xidmət: Bu il 1254 məhkum cəza çəkməkdən azad edilib


Digərləri 18 Yan 2019 16:19:00 419 0

Penitensiar Xidmət: Bu il 1254 məhkum cəza çəkməkdən azad edilib

Əvvəlki illərdə olduğu kimi ölkə başçısının penitensiar sahədə həyata keçirilən humanist siyasəti davam etdirilib.

Bakı. Samir Əli - Bu il mayın 24-də 634 məhkumun, o cümlədən azadlıqdan məhrum etmə cəzasını çəkən 607 məhkumun əfv edilməsi ilə bağlı Prezidentin sərəncamı vaxtında icra edilib. Trend-in məlumatına görə, bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsində Penitensiar Xifmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay Məmmədov deyib. Rəis müavin bildirib ki, dövlət başçısının təşəbbüsü ilə 20 oktyabr 2017-ci il tarixdə Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı qəbul olunmuş Qanunun icrası ilə bağlı 2018-ci il ərzində penitensiar müəssisələrdə cəza çəkən 6011 məhkum barədə müvafiq sənədlər məhkəmələrə təqdim edilib: