Azərbaycanlı ailədə 5 günün içində İKİNCİ DƏHŞƏTLİ HADİSƏ


Digərləri 18 Yan 2019 16:19:00 413 0

Azərbaycanlı ailədə 5 günün içində İKİNCİ DƏHŞƏTLİ HADİSƏ

Qəbələ rayonunda intihar hadisəsi baş verib.

Son.az xəbər verir ki, rayonun Əmirvan kənd sakini, 1966-cı il təvəllüdlü Zəkəryəyeva Dilarə Mürsəl qızı özünü yaşadığı evin həyətində yerləşən yardımçı tikilidə asaraq intihar edib. Faktla bağlı Qəbələ rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Bildirilir ki, intihar edən D.Zəkəryəyevanın yaxın qohumları 5 gün əvvəl Şamaxı rayonunda dəhşətli yol qəzasına düşüb. Belə ki, Bakı-Şamaxı- Yevlax avtomobil yolunun 127- ci km də, rayonun Meysəri kəndi yaxınlığında Qəbələ rayon Əmirvan kənd sakini 36 yaşlı Dəyanət Zəkəryayevin idarə etdiyi "Mercedes" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində avtomobildə olan sərnişin, sürücünün həyat yoldaşı 30 yaşlı Pərvanə Zəkəryayeva hadisə yerində dünyasını dəyişib. (publika.az)