"Tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinin yeganə yolu icbari tibbi sığortaya keçiddir"


Digərləri 18 Yan 2019 16:04:00 446 0

"Tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinin yeganə yolu icbari tibbi sığortaya keçiddir"

"Əhali üçün tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinin yeganə yolu icbari tibbi sığortaya keçiddir. Bunun ikinci yolu yoxdur".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

Onun sözlərinə görə, 2020-ci ildə bütün ölkə üzrə icbari tibbi sığorta sistemi tətbiq ediləcək. Buna görə də 2019-cu il icbari tibbi sığortaya keçid üçün "hazırlıq ili" elan edilib: "Prezidentin fərmanı ilə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) yaradılıb. Bu qurum artıq öz işinə başlayıb. Həmin qurum gələcəkdə icbari tibbi sığortanın həyata keçirilməsində əsas rol oynayan təşkilata çevriləcək".