20 yanvar günü müşahidə olunacaq


Digərləri 18 Yan 2019 15:45:00 415 0

20 yanvar günü müşahidə olunacaq

Azərbaycan ərazisində 20 yanvar günü müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Son.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova report-a açıqlamasında bildirib ki, həmin gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Onun sözlərinə görə, səhər bəzi yerlərdə zəif duman olacaq: "Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti təşkil edəcək".