NIKOIL | Bank təmir krediti üçün sərfəli şərtlər təklif edir


Digərləri 18 Yan 2019 15:48:00 475 0

NIKOIL | Bank təmir krediti üçün sərfəli şərtlər təklif edir

NIKOIL|BANK təmir krediti üçün bugünkü gündə ən sərfəli şərtləri təklif edir.

Bakı. NIKOIL|BANK təmir krediti üçün bugünkü gündə ən sərfəli şərtləri təklif edir. Bankdan Trend-ə verilən məlumata görə, vətəndaşların gözləntilərini və tələbatlarını nəzərə alaraq NIKOIL|BANK 15%-dən başlayan illik faiz dərəcəsi ilə bank komissiyaları tutulmadan təmir üçün kredit almağa imkan yaradır. Fəaliyyət növündən və gəlir mənbəyindən asılı olmayaraq təmir üçün krediti həm Azərbaycan Respublikasının vətəndaşları, həm də sabit gəliri olan qeyri-rezidentlər də əldə edə bilər. Kreditin məbləği 5000 AZN-dən 50000 AZN-ə qədər dəyişir və 7 il müddətinə qədər verilir. Qeyd olunan şərtlərə əsasan 5000 AZN həcmində kredit alınarkən kreditin aylıq ödəniş məbləği cəmi 96 AZN təşkil edir. Kredit almaq üçün maraqlanan şəxslər onlayn müraciət formunu dolduraraq, bankın filiallarından birinə yaxınlaşa bilər. Kredit borclarını vaxt itirmədən MilliÖn və eManat ödəniş terminalları, hesab.az, epay.az və ya NIKOIL|Bank-ın rəsmi saytı vasitəsilə ödəmək mümkündür.