“Gələndə görüb ki, yeyir"


Digərləri 18 Yan 2019 15:36:00 342 0

“Gələndə görüb ki, yeyir"

Goranboyun Eyvazlılar kəndinə canavar hücumu olub. Son.az ARB TV-yə istinadən xəbər verir ki, yırtıcılar Elman Adıgözəlova məxsus təsərrüfata girib. Kənd sakini heyvanlarını həyətyanı sahədən aparmağa gələn zaman iki canavarın qoyunlara hücum çəkdiyini görüb. Səs-küy salıb yırtıcıları ərazidən uzaqlaşdırıb. Canavarlar 6 baş qoyunu parçalayıb, ikisini isə yaralayıb. Vəhşi heyvanlar qoyunları parçaladıqları əraziyə yenidən ov dalınca gəliblər. Kənd sakinlərinin sözlərinə görə, ərazidə yırtıcılar tez-tez gözə dəyir. Kənd sakini: "Qonşu qışqırıb, qaçıb gedib, axırıncını da burada yeyib". Kənd sakini: "Gələndə görüb birini yeyir. İkisini də bir az o tərəfdə yaralayıb".

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar