Qubada yağan qarın törətdiyi fəsadlar aradan qaldırılıb VİDEO FOTO


Digərləri 18 Yan 2019 15:27:00 403 0

Qubada yağan qarın törətdiyi fəsadlar aradan qaldırılıb  VİDEO  FOTO

Quba rayonunda yağıntı kəsib, yollarda gediş-gəliş normaldır.

Son.az xəbər verir ki, bu barədə report-a Avtomobil Yolları Dövlət Agentliyinin 5 saylı Quba Yol İdarəsindən və Daxili İşlər Nazirliyinin Quba Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. 

Belə ki, ötən gün Qubada yağan qarın hündürlüyü külək səbəbindən maksimum 10 santimetrə çatıb. Quba-Xınalıq yolunda isə qarın hündürlüyü 7-10 santimetr olub.

Quba-Qonaqkənd yolunda və digər avtomobil yollarında qabaqlayıcı tədbirlər nəticəsində təhlükəsizlik təmin olunub. Yollara qum və duz səpilib, təhlükə törədən ağacların budanması işi aparılıb.


Xəbərə aid fotolar