Ermənistanda 10 nəfər şaurmadan zəhərləndi


Dünya 18 Yan 2019 15:14:00 393 0

Ermənistanda 10 nəfər şaurmadan zəhərləndi

Ermənistanın Artaşat şəhərində 10 nəfər qida zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, həmin şəxslər şaurma yedikdən sonra özlərini pis hiss edib.

Onların şaurmanı eyni müəssisədən sifariş verdiyi məlum olub. Hadisədən sonra həmin müəssisədə araşdırmalar başlayıb, məhsullar laboratoriyaya göndərilib.