Növbəti 23 gün ərzində hava necə olacaq?


Digərləri 18 Yan 2019 14:18:41 417 0

Növbəti 23 gün ərzində hava necə olacaq?

Yanvarın 18-i saat 14:00-a olan məlumata əsasən, ölkədə hökm sürən qeyri-sabit hava şəraiti artıq səngiyib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

U.Tağıyeva bildirib ki, Bakıda və Abşeron yarmadasında küləyin sürəti 16-20 metrdən artıq deyil: "Açıq dənizdə dalğanın hündürlüyü 5-6 metr arasındadır. Külək axşam saatlarına qədər daha da səngiyəcək. Bu gün havanın temperaturu 5 dərəcəyə qədər artacaq".