Texasda atışma:


Dünya 18 Yan 2019 09:12:00 475 0

Texasda atışma:

ABŞ-da atışma olub.

Son.az report-a istinadən xəbər verir ki, hadisə Texas ştatında, Hyustonda, kilsənin yaxınlığındakı dayanacaqda qeydə alınıb.

Ştatın polis əməkdaşlarından birinin verdiyi məlumata görə, atışma zamanı 1 qadın öldürülüb. Qeyd edilir ki, hadisə nəticəsində, həmçinin daha 1 qadın da xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.