Hollandiyalı türk İŞİDə qoşulan qızını atla xilas etdi Bir ailənin dramı


Digərləri 18 Yan 2019 07:41:00 639 0

Hollandiyalı türk İŞİDə qoşulan qızını atla xilas etdi  Bir ailənin dramı

Hollandiyanın Rotterdam şəhərindəki məhkəmə İŞİD-ə qoşulmaq üçün 2 il əvvəl Suriyaya gedən türk əsilli Melis Atıcını ayağına qandal vurulmaq şərtilə sərbəst buraxıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, 6 aydır Hollandiyada həbsxana həyatı yaşayan 23 yaşlı Melisin atası Faruk Atıcının köməyi ilə İŞİD-çilərdən qurtulduğu üzə çıxıb. Faruk Atıcı qızı Melis və 5 aylıq körpəni xilas etmək üçün mübarizəsini NOS telekanalına danışıb.

Melisin sevgilisi Yusif bir neçə il əvvəl İŞİD-ə qoşulmaq üçün Suriyaya gedib. Melis isə Yusifə aşiq olduqdan sonra getdikcə radikallaşıb. İki il əvvəl isə "Cənnətə gedəcəm" deyərək Hollandiyadan Suriyaya qaçıb.

Faruk Atcı bu barədə polisi məlumatlandırıb. Ailə uzun müddət övladları ilə əlaqə saxlaya bilməyib. Bir müddət sonra Melisin Yusif adlı terrorçudan övladı dünyaya gəlib. İŞİD-ə qarşı əməliyyatlar başlayandan sonra Melis ailəsinə zəng edərək evə qayıtmaq istədiyini bildirib. Bu ərəfədə hava hücumu nəticəsində Yusif də ölüb. Melisa da insan qaçaqçılarının köməyi ilə Türkiyəyə keçmək istəyib. Amma aramsız bombardman səbəbindən Türkiyəyə keçə bilməyib. Sərhəd bölgəsində kürdlər tərəfindən saxlanılan Melis körpəsi ilə birlikdə Suriyanın şimalındakı PKK düşərgəsinə aparılıb.

Suriyada isə Hollandiyanın diplomatik nümayəndəliyi olmadığı üçün Melisin evə qayıtma cəhdi boşa çıxıb. Bundan sonra isə Faruk qızını özü xilas etmək qərarına gəlib.

Bir neçə dəfə Türkiyəyə səfər edən Atıcı insan alverçiləri ilə əlaqə yaradır. Lazım olan pulu təmin etmək üçün isə evini satan Faruk ötən yay çətin bir səfərə çıxıb.