Bakıda ardıcıl müşahidə edilən yağışlı günlərin sayı çoxalıb


Digərləri 18 Yan 2019 07:50:00 507 0

Bakıda ardıcıl müşahidə edilən yağışlı günlərin sayı çoxalıb

Son onilliklər ərzində Azərbaycanda atmosfer yağıntılarının rejimində və xüsusiyyətlərində dəyişikliklər baş verib.

Bakı. İlhamə İsabalayeva – Son onilliklər ərzində Azərbaycanda atmosfer yağıntılarının rejimində və xüsusiyyətlərində dəyişikliklər baş verib. Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov məlumat verilib. Onun sözlərinə görə, "Müasir iqlim dəyişmələri şəraitində Azərbaycanda atmosfer sirkulyasiyası və sinoptik proseslərin tədqiqi" mövzusu üzrə son 3 il ərzində aparılmış tədqiqatın nəticələrinə əsasən, Böyük Qafqaqzın cənub yamacının qərb hissəsində (Şəki, Zaqatala, Balakən, Qax rayonlarında) yağıntıların ümumi miqdarı artıb. Lakin bu ərazilərdə yağıntıların sutkalıq miqdarının çox olan günlərinin sayı azalıb. M.Həsənov əlavə edib ki, Azərbaycanın qalan ərazilərinin əksər yerlərində isə yağıntıların intensivliyi artıb. Bu isə o deməkdir ki, bəzən aylıq yağıntı miqdarı norması həmin ərazilərə 1-2 gün ərzində düşür.