Milli Qəhrəman Alı Mustafayevin xatirəsinə həsr olunmuş filmin təqdimatı olub (FOTO)


Digərləri 18 Yan 2019 05:38:00 539 0

Milli Qəhrəman Alı Mustafayevin xatirəsinə həsr olunmuş filmin təqdimatı olub (FOTO)

“Alı Zirvəsi” sənədli filminin təqdimatı olub.

Bakı. Mədəniyyət Nazirliyinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə “Vətənpərvərlik Kinosu Həftəsi” çərçivəsində Yasamal rayon Heydər Əliyev Mərkəzində Milli Qəhrəman məşhur telejurnalist, Qarabağ müharibəsi şəhidi Alı Mustafayevin əziz xatirəsinə həsr olunmuş rejissor Kamalə Musazadənin “Alı Zirvəsi” sənədli filminin təqdimatı olub. İdarədən Trend-ə verilən məlumata görə, tədbirdə Cəmşid Naxçıvanski adına hərbi liseyin şöbə rəisinin müavini, mayor Natiq Rəhimov və liseyin kursantları, BDU-nun jurnalistika fakültəsinin müəllimi, professor Nəsir Əhmədli, “Xalq Qəzetini”nin baş redaktorunun müavini Tahir Aydınoğlu, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nizami rayon filialının sədri Məhi Məmmədov, KİV nümayəndələri və Alı Mustafayevin ailə üzvləri iştirak ediblər. Tədbir iştirakçıları Mərkəzin “Muzey” bölməsi ilə tanış olublar, ulu öndərin büstünü ziyarət ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb və 20 yanvar şəhidlərini bir dəqiqəlik sükutla yad edilib.