Gündə bir qədəh qırmızı şərab içsəniz...


Digərləri 17 Yan 2019 23:26:00 578 0

Gündə bir qədəh qırmızı şərab içsəniz...

Alimlər bir stəkan qırmızı şərabın 1 saatlıq idmana bərabər olduğunu təsbit edib.

Son.az publika.az-a istinadən xəbər verir ki, Alberta Kanada Universitetinin alimləri qırmızı şərabın bir saatlıq idmana bərabər olduğunu açıqlayıb. Son illərdə aparılan ən xoş tədqiqatın direktoru Ceyson Dayk iddia edir ki, bu araşdırma müəyyən səbəblərdən dolayı idman zalına gedə bilməyənlərə köməklik göstərə bilər.

Şərabın bədən üzərində müsbət təsirinin sirri mürəkkəb resveratrolda gizlənib. Bu təbii fitoaleksin performansı artırır, ürək döyüntülərini artırmaqla onun funksiyasını yaxşılaşdırır. Nəticə etibarı ilə məcburi olaraq əzələləri gücləndirir. Bu nəticələr idman zalında bir saatlıq məşqə bərabərdir. Yuxarıdakıların hamısına əlavə olaraq resveratrol qanda şəkərin səviyyəsini tənzimləyir və qocalma əleyhinə təsir göstərir. Gündə bir stəkan qırmızı şərab içən insanlarda demans, xərçəng və 2-ci tip diabet xəstəliklərinin yaranma ehtimalı çox aşağıdır. Əlbəttə ki, Kanada alimləri heç kimi alkoqolizmə təşviq etmir, yalnız üzüm şirəsinin qıcqırmasının faydalarını elmi nöqteyi-nəzərdən əsaslandırıblar.

"Hesab edirəm ki, şərabda olan resveratrol idman zalına getmək istəyən, lakin buna imkanı ola bilməyən insanlara kömək edə biləcək. Resveratrol fiziki hərəkətlərin nəticələrini imitasiya edə bilir, dolayısı ilə bədəni tonusa gətirir" , - deyə Ceyson Deyk müsahibəsində vurğulayıb.

Burada sizinlə son dərəcə dürüst olmaq lazımdır. Qeyd etməliyik ki, Kanada alimləri resveratrolun bədənə təsirini laboratoriya siçanlarının üzərində aparıb. Mütəmadi olaraq resveratrol qəbul edilməsi nəticəsində siçanlarda fiziki aktivliyin və əzələ gücünün artdığı müşahidə olunub.