Acı bibər yeyənlər daha sağlamdır


Digərləri 17 Yan 2019 23:20:00 595 0

Acı bibər yeyənlər daha sağlamdır

Vermont Universitetinin Larner Tibb Kollecinin alimlərinin apardığı araşdırmaya görə, acı qırmızı bibərin yeyilməsi hər şeydən əvvəl infarkta bağlı ölüm nisbətini 13% aşağı salır. Araşdırma PLoS ONA jurnalında nəşr olunub. Əsrlərdir acı bibər və ədviyyatların, xəstəliklərin müalicəsində faydalarının olduğu hesab edilir. Ən son 2015-ci ildə Çində aparılan araşdırmada acı bibər istehlakı və ölüm nisbətlərilə əlaqəsi araşdırılmışdı. Yeni araşdırma bunu isbat edən nəticələr ehtiva edir.

Son.az islam.az-a istinadən bildirir ki, Milli Sağlamlıq və Qidalanma Müayinəsi Sorğusu (National Health and Nutritional Examination Survey - NHANES) III araşdırması istifadə edilərək 16,000 amerikalı üzərində 23 il boyunca məlumatlar toplandı. Araşdırmada 2017-ci ildə tibb tələbəsi Mustafa Çopan və Dr.Benjamin Littenberg insanların acı qırmızı bibər istehlakını araşdırdı. Araşdırmaçılar ən çox acı qırmızı bibər istehlak edənlərin meksikalı-amerikalı gənc kişilər olduğunu göstərdi.