Kürdəmirdə avtomobil piyadanı vuraraq öldürüb


Digərləri 17 Yan 2019 23:08:00 620 0

Kürdəmirdə avtomobil piyadanı vuraraq öldürüb

Kürdəmir rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 1991-ci il təvəllüdlü şəhər sakini Valeh Ağəli oğlu Zərbalıyev 10 MB 555 dövlət nömrə nişanlı "Kia Optima" markalı avtomobil tərəfindən vurulub. V.Zərbalıyev hadisə yerində ölüb. Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu gün Kürdəmirdə digər yol qəzası da baş verib.