Çox qəhvə içmək təhlükəlidir?


Digərləri 17 Yan 2019 21:35:00 639 0

Çox qəhvə içmək təhlükəlidir?

Qəhvə, çay, qazlı və ya energetik içkilər insanı gümrah edir, koqnitiv funksiyalarını və əhval ruhiyyəsini yüksək saxlayır. Bir çoxları səhər yuxudan ayılmaq üçün günə qəhvə ilə başlayır.   Bu, bir tərəfdən yaxşıdır, çünki qəhvənin orqanizm üçün faydaları çoxdur. Digər tərəfdən isə onun yan təsirlərinin olduğunu da unutmaq olmaz.

Bəs gün ərzində nə qədər qəhvə içmək təhlükəsizdir? Normanı keçdikdə orqanizmə nə kimi fəsadlar verə bilər?

Son.az medicina.az-a istinadən həddən artıq qəhvə içməyin mənfi tərəflərini açıqlayır.

Qəhvə həqiqətən də insanın zehni qabiliyyətini və beynin reaksiyasının sürətini artırır. Həmçinin də qəhvə insan beyninin uzun müddət fəal şəkildə qalmasını təmin edir.

Gün ərzində 250 mq (2,5 fincan) qəhvə içmək heç bir yan təsirə səbəb olmur. Bu təhlükə gün ərzində 400 mq-dan çox (4 fincandan çox) qəhvə içənlər üçündür.